SOCAR-da ümumi vəziyyət tədricən normallaşır

Ötən ilin yekunların görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1.127 milyard manat məbləğində kapital yatırımı həyata keçirib. Yaşanan qlobal böhran, dünya bazarlarında nefin kəskin şəkildə ucuzlaşması və digər faktorları, SOCAR-ı daha az əhəmiyyətli layihələrdən imtina etməyə vadar edib. Əsas vəsaitlər başlıca olaraq sosial infrastrukturun yaradılması və inkişafı, qaz hasilatının artırılması və işçilərin güzəranın yaxşılaşmasına yönəldilib.

Ötən il SOCAR üçün həqiqətən də çətin il olub, dövlət neft şirkəti – belə demək olarsa – hər tərəfdən zərbələrə məruz qalıb. Dünyanın bir sıra iri şirkətləri həmin zərbələrə tab gətirə bilməyərək kimi iflas edib, kimi ixtisarlar aparıb, kimi də külli miqdarda kreditlər götürməli olub. Ancaq SOCAR bu zərbələrə sinə gərə bilib. Ümumi vəziyyət tədricən normallaşır. Şirkətin öz maliyyə göstəricilərini yaxşılaşdırmasını beynəlxalq reytinq agentliyi olan “Fitch Reytinqs” də təsdiq edib.

Agentliyin məlumatına görə, bu il dövlət neft şirkətinin kapital yatırımı 1.6 milyard dollar təşkil edir, gələn il isə bu göstəricinin 1.7 milyard dollara qədər yüksələcəyi proqnozlaşdırılır. Ümumi götürdükdə qarşıdakı 3 il ərzində SOCAR-ın investisiya yatırımları 5 milyar dolları ötəcək. Bu o anlama gəlir ki, şirkət ötən ilki nöqsanları aradan qaldıraraq, bütün gücünü toplayıb və öz işini səmərəli şəkildə planlaşdırmağın öhdəsindən gəlib. Şirkətin yüksək reytinqini qeyd edən “Fitch” SOCAR-ın borclarının 80 faizindən çoxunun dollarla olduğunu bildirir. Ancaq elə gəlirlərinin də böyük hissəsinin dollarda olduğunu nəzərə alaraq, bu fevral ayına olan manatın 35 faizlik devalvasiyasının göstərdiyi negativ effekti aradan qaldırmış olur. …read more

From:: ANS