Yanğınsöndürənlərin bir gecəsi (VİDEO)

Yanğınsöndürənlər həyat üçün ən təhlükəli peşələr siyahısında ilk yerlərdən birini tutur.

Biz yanğınsöndürənləri hər zaman tam döyüş formasında, alovu ram edərkən görürük. Amma bu dəfə onları iş başında, xidmətlərinin bir gecəsini lentə almaq qərarına gəldik.

Onlar üçün ikinci ev sayılan hissədə, yanğınsöndürənlərin normal istirahəti üçün hər bir şərait yaradılıb. Qidalanma üçün mətbəx, dincəlmək üçün yataq otağı onların ixtiyarındadır.

Hər yanğından sonra, bütün avtomobillər texniki baxış keçirilməklə yanaşı, onun təmizliyinə də xüsusi diqqət edilir. Ölkəninin bütün yanğınsöndürmə hissə və bölmələri müasir texnika ilə təchiz edilib.

Səbail YMH-nin rəis müavini Zaur Əlisgəndərov isə qəza-xilasetmə avtomobilinin məhz hadisə zamanı xilasetmə işlərinin aparılması üçün nəzərdə tutulduğunu və ən müasir avadanlıqlarla, eləcə də fərdi tənəffüs vasitələrilə təchiz olunduğunu deyir.

Hissələrin bütün maşınları hər zaman yanğına hazır vəziyyətdə olduğu kimi, can qurtaran sayılan yanğınsöndürənlərin də bütün geyim forması yerindədir.

Bundan əlavə yanğınsöndürənlər, alovun miqyasından aslı olaraq özlərilə 20 kiloqrama yaxın ağırlığı olan hava balonu da daşıyırlar. Onların öz geyimləri isə təxminən 10 kiloqrama yaxındır.

Artıq yanğınsöndürənlər üçün həyacan siqnalı adi bir hala çevrilib. Bir neçə saniyəyə tam döyüş forması geyinən yanğınsöndürənlər daxil olan yanğın həyəcanı ilə hadisə yerinə yollanırlar.

Binada baş verən yanğının qarşısını almaq üçün səfərbər olan yanğınsöndürənlər, qısa zaman ərzində alovu ram edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hesabatlarına əsasən, yanğınsöndürənlər yanıq xəsarətilə yanaşı daha çox tənəffüs orqanlarının da zədəsinə məruz qalırlar. Tez-tez tüstü içində olduqlarından görmə qabiliyyəti də zəifləyir. Amma bütün bunalara baxmayaq onların iş fəaliyyəti davam edir.

Deyilə bilər ki, yanğını söndürmək birbaşa yanğın söndürənlərin vəzifəsidir. Bəli bu, belədir. Amma onlar da Azərbaycan vətəndaşlarıdır. Onlar da kiminsə atası, qardaşı, oğlu, həyat yoldaşırdır.

Gecə, yaxud gündüz, qızmar hava, yaxud şaxtada, leysan və ya qarda onlar alovun cənginə almaq istədiyi hər hansısa bir yerin və ya insanın köməyinə çatırlar.

Onlar nə qədər çətinləklərlə də üz-üzə qalsalar belə öz sevimli peşələrindən bezmirlər və daima kiminsə həyatını, həmçinin mülküni qorumağa hazırdılar.

…read more

From:: ANS