Rusiyaya olimpiya şoku

Gələn il Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarına Rusiya idmançıları buraxılmaya bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransında bildirilib.

WADA rəhbəri Riçard Paund bildirib ki, ruslar yeni şərtlər altında işləmək istəməsələr, onlar qeyd şərtsiz diskvalifikasiya ediləcəklər.

“2016-cı ildə keçiriləcək Olimpiadaya gəlincə, Rusiya idmançılarının diskvalifikasiya olunması məsələsinə baxırıq. Biz ümid edirik ki, rusiyalı idmançılar yeni şərtlərlə işləyəcəklər. Əks halda onlar Rioda olmayacaqlar. Güman edirəm ki, VFLA dəyişiklik üçün zamanın yetişdiyini başa düşür və onlar bunu edəcək. Beynəlxalq Olimpiya Komitəsi və Rusiya Komitəsi bu barədə məlumatlıdır”,- deyə Riçard Paund keçirilən brifinqdə bildirib.

Bir müddət əvvəl WADA rusiyalı idmançıların beynəlxalq yarışlardan tamamilə uzaqlaşdırılmasını tövsiyə etmişdi. WADA-nın araşdırmasında əsasən Rusiya idman naziri Vitali Mutko ittiham olunur. Agentlik bəzi idmançıların dopinq-testləri ilə bağlı manipulyasiyaların məhz Mutkonun göstərişilə baş verdiyini qeyd edir. Təşkilatın hesabatında bildirilir ki, Moskva Antidopinq Agentliyinin rəhbəri Qriqori Radçenkov da 1417 dopinq-testi məhv edib.

“Moskva laboratoriyasında məhv edilən dopinq-testlər təkcə yungül atletikaya deyil, digər idman növlərinə də aiddi. Dopinq-testlər 2014-cü ilin dekabr ayında məhv edilib”, – deyə müstəqil komissiyanın hesabatında WADA keçmiş rəhbəri Dik Paund bildirib. “Nümunələr 2014-ci ilin dekabr ayında məhv edilib”, deyə müstəqil komissiyanın üzvü Qyunter Yanqer əlavə edib.

Vitali Mutko

Rusiyanın idman naziri Vitali Mutko isə öz ünvanına söylənmiş bütün ittihamları və həmçinin dopinq analizi keçirənlərə təzyiq göstərilməsi barədə deyilənləri təkzib edərək bunları iftira adlandırıb. WADA hesabatı bu təşkilatın 2014-cü ilin dekabrında Rusiya yüngül atletlərinin kütləvi halda dopinqdən istifadə etdiklərini iddia edən film nümayiş olunduqdan sonra özü tərəfindən keçirdiyi araşdırmanın nəticələrinə əsaslanır. Həmin film Almaniya televiziyası tərəfindən çəkilib. Film müəlliflərinin iddiasına görə, IAAF Rusiya yüngül atletika federasiyasında baş verən pozuntuları ört-basdır edib. …read more

From:: ANS