İŞİD dən dəhşət: əsəbi zəif olanlar baxmasın (18+ VİDEO)

Sosial şəbəkədə İŞİD terror qruplaşmasının 200 suriyalı uşağı kütləvi şəkildə qətlə yetirməsini əks etdirən video görüntülər yayılıb.

ANS PRESS-in məlumatına görə, görüntülər terror qruplaşmasının Yəməndəki döyüşçüləri tərəfindən yayılıb.

200-ə yaxın Suriyalı uşağın qəddarlıqla edam olunma səhnəsi internetdə paylaşılıb. Şok görüntülər zamanı terrorçular günahsız uşağları gülləbaran edir. Video görüntülərdə yerdə əli – qolu bağlı uşağların üzü aşağı olduğu göstərilir. Daha sonra silahlı şəxslər avtomat silahlarla atəş açır.

“Allah İŞİD terror qruplaşmasını və onun tərəfdarlarını yandıracaq”,-deyə video baxan istifadəçilərdən biri münasibət bildirir.

İŞİD terror qruplaşmasının qəddar cinayətlər törətdiyi zaman onları videoya çəkərək sonradan paylaşmaları ilə məşhurdur. Terror qruplaşması artıq dəfələrlə iyrənc əməlləri barədə sosial şəbəkədə video və foto görüntülər paylaşıb. İŞİD həmçinin bir neçə dəfə uşağların qətlə yetirilmə görüntülərini yayıb. Ən son terrorçular noyabrın 1-də İraqın Mosul şəhərində təlim-məşq toplanışından qaçmağa çalışan 12 yeniyetməni edam edib. Kürd informasiya şəbəkəsinin verdiyi məlumata görə, edam edilmiş yeniyetmələr 12 və 16 yaş arasında olub.

İŞİD-in ələ keçirdiyi ərazilər xəritədə

DİQQƏT: Urəyi zəif olanlardan və 18 yaşdan aşağı şəxslərin baxması məsləhət görülmür.

…read more

From:: ANS