Əsgər ölümü Müdafiə Nazirliyini ayağa qaldırdı

Əsgər ölümü ilə bağlı cinayət işi açıldı. Müdafiə nazirliyiunin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Bildiririk ki, baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir.

Ölən əsgər

Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər.

Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdiriləməsi bir daha tövsiyə olunur. …read more

From:: ANS