Putindən işçilərinə qeyri-adi təklif

Rusiya prezidenti Vladimir Putin tabeliyində olan insanların idmanla məşğul olmasını istəyir.

ANS PRESS-in məlumatına görə, bu barədə prezident xarici KİV-lərin birinə müsahibəsi zamanı danışıb.

Putinin sözlərinə əsasən, o, yanında işləyən insanları idmanla məşğul olmağa məcbur etməyəcək, lakin çalışacaq ki, onlarda idmana həvəs yaratsın.

“Bu elə bir sahədir ki, burada heç kimi heç nəyə məcbur etmək olmaz. Gərək insanların özlərində bədən tərbiyəsi ilə məşğul olmağa həvəs olsun. Əgər bəzilərinin idmana getməyə vaxtı yoxdursa, onda, onlara demək istəyirəm ki, daha çox etsən, daha çox da qazanarsan”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident, həmçinin, Gecə Xokkey Liqasında iştirakçı olmağı da təklif edib. Onun sözlərinə görə, bu idman növü yaşı 45-dən yuxarı olanlar üçün təşkil olunub ki, həmin insanları idmana cəlb eləsin.

Ümumiyyətlə, Rusiya rəhbəri hər zaman müsahibələrində idmana müsbət rəyini nümayiş etdirib. Bunu, hətta, onun həyatına nəzər salsaq da, görə bilərik.

Bu ilin oktyabrda prezident öz 63 illiyində Gecə Xokkey Liqasında iştirak edib. Onun komandası 15:10 hesabı ilə qalib də gəlib.

Sentyabr ayında isə “Bilik Günü” münasibəti ilə Putin uşaqları təbrik etmək üçün onlarla xokkey oynayıb. Rusiya Federasiyası prezidenti Vladimir Putinin komandası maarifləndirici mərkəzin istedadlı uşaqlarının komandasını 9:5 hesabla udub.

İlk şaybanı uşaqların komandası qapıdan keçirsələr də, sonda qələbə yenə də prezidentin xeyrinə olub. Yarış Olimpiya sarayında buz üzərində keçirilib.

Oyundan görüntülər

Avqust ayında isə Vladimir Putin və baş nazir Dmitri Medvedyev Soçidə istirahət zamanı birlikdə idman ediblər. Kremlin mətbuat xidməti rus liderlərin birgə istirahətindən fotoşəkillər dərc edib. Foto şəkillər sürətlə sosial şəbəkələrdə yayılıb.

Vladimir Putin fiziki gücünü göstərir …read more

From:: ANS