850 min adam evsiz qalıb

Nigeriya Milli Fövqəladə Hallar Rəhbərliyinin (NEMA)Koordinatoru Nigeriyadakı acınacaqlı vəziyyətdən söz açıb.

ANS PRESS-in məlumatına görə, NEMA koordinatoru Abdulsəlam Məhəmməd Laqosda keçirilən mətbuat toplantısında Nigeriyada çoxlu qaçqın düşərgələrinin olduğunu bildirib. Evlərindən didərgin düşən nigeriyalıların bəzizi düşərgələrdə, bəziləri isə qonşu kəndlərdə pənah tapıb. Ümumilikdə onların sayı bilinməsə də, 31 düşərgədə 850 mindən çox evsiz-eşiksiz adam var.

“Kano, Kaduna, Abuca, Plateau və nasarava əyalətlərindən qaçanları qurulan düşərgələrdə yığırıq. Beləcə onların həm saylarını, həm də ehtiyaclarının nədən ibarət olduğunu görürük” deyə Məhəmməd çıxışında səsləndirib.

Qeyd edək ki, ölkə əhalisinin yerindən-yuvasından edən “Boko-haram” təşkilatıdır. Onlar təhsilə qarşı çıxır, ölkədə qarışıqlıq yaradır, insanları girov götürür və qarşı çıxanlara isə amansız vəhşiliklər törədirlər. …read more

From:: ANS