Ülvira yenə təəccübləndirəcək (FOTO)

ANS TV-nin “Evdəyik” layihəsinin tanınmış aparıcısı Ülvira Qarayeva növbəti dəfə tamaşaçılarını təəccübləndirəcək.

Təkrarsız hərəkətləri, kreativ geyimləri, maraqlı mövzuları ilə tamaşaçıların və mətbuatın diqqət mərkəzində olan aparıcı bu dəfə də efirə qeyri-adi saç düzümü ilə çıxacaq.

Sosial şəbəkədəki səhifəsində qəribə saç düzümünü nümayiş etdirdiyi şəkilləri paylaşan aparıcı bunun üçün stilisti Nura xanıma da təşəkkürünü bildirib.

Qeyd edək ki, Ülvira Qarayeva daha əvvəl də qeyri-adi saç düzümü ilə uzun müddət mətbuatın gündəmində olmuşdu.

…read more

From:: ANS