Nazir etiraf etdi – Saxlanılanlar var

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçiləri arasında hazırda müvəqqəti saxlanılanlar var. Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”.

Bunu MTN işi işi ilə bağlı həbslərə dair açıqlama verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Nazir bildirib ki, Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin Maliyyə və Təsərrüfat fəaliyyətinə aid müəyyən yoxlama və araşdırmalar aparılır.

Onun sözlərinə görə, bu ilkin araşdırmalardır və bununla bağlı olaraq digər müəssisələrdə də araşdırma aparılır.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

Eldar Mahmudov – keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

Onun işdən azad edilməsindən sonra MTN-də bir çox vəzifəli şəxslərin həbsi başlayıb. MTN işi ilə əlaqədar demək olar ki, hər gün həbslər həyata keçirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da bu çərcivədə həbs olunub. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

V.Zeynalov – keçmiş Aparat rəhbəri

Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. …read more

From:: ANS