London derbisində heç-heçə (VİDEO)

Futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində London derbisi baş tutub.

ANS PRESS-in məlumatına görə, “Arsenal” klubu “Emireyts” stadionunda digər London klubu olan “Tottenhem”i qəbul edib.

Oyunda hesab matçın 32-ci dəqiqəsində “Tottenhem”li futbolçular tərəfindən açılıb. Belə ki, “Tottenhem” klubunun hücumçusu Hari Keyn Denni Rouzun ideal ötürməsindən sonra Petr Çexi məyus etməyi bacarıb.

Meydan sahiblərinin cavabı isə 77-ci dəqiqədə gəlib. Kiran Qibbs Məsut Özilin qapı önünə asmasından sonra fərqlənməyi bacarıb. Ancaq oyunda başqa qol vurulmayıb və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Arsenal” – “Tottenhem” oyunu

Ötən tur isə “topçular” səfərdə “Suonsi” ilə ilə qarşılaşıb. Oyun “Arsenal”ın “Suonsi” üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Tottenhem” isə ötən tur “Uayt Hart Leyn” stadionunda “Aston Villa” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

12 turdan sonra aktivində 26 xal olan “Arsenal” klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb, “Tottenhem” isə 21 xalla 5-cidir.

İngiltərə Premyer Liqasının turnir cədvəli …read more

From:: ANS