Təyyarədə dəhşətli anlar (VİDEO)

ABŞ – Koreya reysi ilə hərəkət edən təyyarədə qorxu dolu anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, Dallasdan Seula hərəkət edən təyyarə sakit okeanın üzərində hava burulğanına düşüb.

Bu vaxt təyyarədə olan 10 sərnişin və 4 uçuş heyəti müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı qorxuya düşən sərnişinlərdən kimisi Aallaha yalvarır, kimisi də yüksək səslə ailəsini çox sevdiyini hayqırır.

Özünü itirməyən pilot isə cəld bir manevr edərək təyyarəni Tokio hava limanına endirib.

Təyyarədə baş verənləri sərnişinlərdən biri mobil telefonu ilə çəkərək virtual dünyada yayıb.

…read more

From:: ANS