Bakının çökən sahəsi

İndi Bakıda və Abşeronda tikinti materialları istehsal edilən bir sıra müəssiələr işini dayandırır.

ANS PRESS-in məlumatına görə, tikinti şirkətlərinə verdikləri materialların pulunu ala bilməyən bu müəssisələr işçilərə əmək haqqı verməkdə və xammal almaqda çətinlik çəkirlər. Üstəlik, ilin sonuna yaxınlaşdıqja bütün vergi borclarını da ödəmək məcburiyyətində qalmaları onları fəaliyyətlərini dondurmağa məcbur edir.

“Tikinti şirkətlərində olan pullarımızı yığdıqdan sonra bütün borcları ödəyəcəyik. İnşallah, yeni ildən fəaliyyətimizi bərpa edəcəyik. Yəqin ona qədər tikinti sektorundakı böhran da dayanar”,- deyə fəaliyyətini dondurmuş müssisələrdən birinin rəhbəri ANS PRESS-ə bildirib.

Əslində, bu, belə olmalı deyildi. Son aylarda Azərbaycanın ilkin mənzil bazarında canlanma yaradacaq bir sıra dəyişikliklər baş verib. Hər şeydən öncə, Rusiyada rubl dəyər qazanmağa başlayıb. Nəticədə, bu ölkədə fəaliyyət göstərən azərbaycanlıların maliyyə imkanı yaxşılaşıb və onlar yenidən Azərbaycanın əmlak bazarı ilə maraqlanmağa başlayıblar.

Həmçinin, yeni tikilmiş çoxmərtəbəli binalarda alınmış mənzillərə də kupça verilməsinə başlanılıb ki, bu da əhali arasında ilkin mənzil bazarına inamı artırıb. Bu evlərdə artıq 10-15 ildən çox yaşayan ailələr var ki, onlar həmin mənzillərə mülkiyyət hüququ almaqla bağlı ümidlərini tam itirmişdilər.

Nüsrət İbrahimli – “MBA Qrup” konsaltinq şirkətinin rəhbəri

Bütün bunlara baxmayaraq, “MBA Qrup” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimlinin sözlərinə görə, ilkin mənzil bazarında keçən ildən müşahidə edilən geriləmə bu il də davam edib. “Bu il mənzil tikintisində keçən illə müqayisədə təxminən 30-35% faiz geriləmə müşahidə edilir. Bu, qiymətlərə də təsir edib. Qiymətlər keçən illə müqayisədə 22-23% aşağı düşüb. Əsas problem əhalinin mənzil bazarına inamının azalması ilə bağlıdır. Adamlar əllərindəki pulu mənzilə yatırmaq istəmirlər”,- deyə Nüsrət İbrahimli ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, bankların depozit faizlərini azaldıb 2%-ə qədər salması belə əmlak bazarına maliyyə axınına səbəb olmayacaq: “Banka qoyulmuş vəsait bir il ərzində 2% olsa da artır, dəyər itirmir. Amma indi alınmış əmlakın bir ildən sonra qiymət itirməyəcəyinə inam yoxdur. Bu bazarın vəsaitə ehtiyacı var. İpoteka kreditləri üzrə vəd edilən …read more

From:: ANS