“Trabzonspor” xal itirdi, “Beşiktaş” uduzdu (VİDEO)

Türkiyə kubokunda ikinci tura yekun vurulub.

Sonuncu oyun günündə 4 qarşılaşma keçirilib.

“Trabzonspor” doğma meydanda “Akhisar”la üz-üzə gəlib. Matç 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.

“Beşiktaş” isə səfərdə “Rizəspor”un qonağı olub və rəqibinə minimal hesabla uduzub – 0:1.

18 dekabr, Türkiyə kuboku

II tur
B qrupu
“Trabzonspor” – “Akhisar” – 0:0

D qrupu
“Ankaragücü” – “Sivas 4 Eylul” – 1:1
Qollar: Ömər Emir, 12 (0:1), Mehmet Umut Nayir, 42 (1:1)

F qrupu
“Adana Dəmirspor” – “Sarıyer” – 1:0
Qol: Beykan Şimşək, 22 (1:0)

“Beşiktaş” – “Rizəspor” – 0:1
Qol: Lomana Lualua, 43 (0:1)

…read more

From:: ANS