Gülənçi aşpazdan “azadlıq plovu” (VİDEO)

Türkiyənin “Samanyolu” televiziyasında (STV) “Yaşıl alma” adlı mətbəx verilişi aparan məşhur aşpaz Oktay Usta “paralel hökumət” əməliyyatına görə saxlanılanlara dəstəyini nümayiş etdirib.

ANS PRESS-in məlumatına görə, məşhur aşpaz 14 dekabrda həyata keçirilən “paralel hökumət” əməliyyatında saxlanılanlara özünəməxsus şəkildə dəstək çıxacağını söyləyib. O bildirib ki, məhkəmədə plov bişirəcək və həmin plovu “azadlıq plovu” adlandıracaq.

Qonaqlarına və izləyicilərə əməliyyatda saxlanılan media işçilərinin haqsızlığa məruz qaldığını vurğulayaraq, bunu yanlış addım kimi qiymətləndirib.
Verilişi yarımçıq tərk edən aparıcı-aşpaz məhkəmədə olan dostlarının yanın getməli olduğunu qeyd edərək, hamını ora gələrək “azadlıq plovu” yeməyə dəvət edib.

Xatırladaq ki, Türkiyədə dekabrın 14-də “Paralel hökumət” əməliyyatı çərçivəsində saxlanılaraq polis bölməsinə aparılan “Zaman” qəzeti və “Samanyolu” telekanalı əməkdaşlarının əksəriyyəti ifadə verdikdən sonra azadlığa buraxılıblar.

…read more

From:: ANS