Rusiya hava limanında iki təyyarə toqquşdu

Rusiyanın Xabarovsk hava limanında iki təyyarə toqquşub.

ANS PRESS-in məlumatına görə, “Aeroflot” aviaşirkətinə məxsus Boeng 777 təyyarəsi eniş-uçuş zolağına daxil olarkən An- 26 təyyarəsi ilə toqquşub. İnsident zamanı heç kəs xəsarət almayıb.

Moskvaya uçuş həyata keçirməli olan təyyarənin göyərtəsində 400 sərnişinin olduğu bildirilir. Digər layner isə yük daşımaları üçün nəzərdə tutulub.

Sərnişinlərin hadisədən 2 saat sonra digər təyyarə ilə Moskvaya göndərildiyi açıqlanıb.

Uzaq Şərq nəgliyyat prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə yerindən ilk görüntü

Son günlər Russiya KİV-də hava nəgliyatı ilə bağlı xəbərlərə həssas yanaşılır. Bu son 10 gündə Rusiya təyyarəsinin iştirakı ilə artıq 3-cü insidentdir.

Hadisələrdən ən ciddisi oktyabrın 31-də A-321 təyyarəsinin Sinay yarımdası üzərində qəzaya uğramasıdır. Şarm-əş-Şeyx – Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarənin göyərtəsində 224 nəfər olub. Qəza nəticəsində bütün sərnişinlər həlak olub.

Qəzaya uğrayan təyyarənin qalığları

Helak olanların cəsədləri hadisə yerindən Rusiyaya təyyarələrlə qətirilir. Noyabrın 8-i Misirdəki təyyarə qəzasının qurbanlarının qalıqlarını daşıyan dördüncü təyyarə Sankt-Peterburqa yola düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “İL76” tipli təyyarə ilə qəzada ölənlərin pasport və şəxsi əşyaları, həmçinin, cəsədlərin qalıqları gətirilir.

Hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də Rusiya prezidenti Vladimir Putin və Misir prezidenti Abdül Fəttah əs-Sisi terror faktını istisna edir.

ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hadisənin təyyarənin daxilindəki partlayıcı qurğu səbəbindən baş verə biləcəyini bəyan ediblər.

Hadisədən sonra bir çox ölkələr, o cümlədən Rusiyada Misirlə aviaəlaqəni dayandırıb. Nəticədə Misir turizmi iflasa uğrayıb və bu ölkəyə planlaşdırılan bir çox turlar ləğv olunub. …read more

From:: ANS