Davudoğlunun Azərbaycanla bağlı planı

Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Davudoğlu yeni hökumətin ilk 100 günü ərzində atacağı addımların bəzilərini açıqlayıb.

Gələn həftə Davudoğlu partiyasının səlahiyyətli şəxslərini toplayaraq son parlament seçkilərinin nəticələrini müzakirə edəcək. Bundan sonra isə baş nazir hökumət proqramının və ilk 100 gündə görüləcək işlərin icrasına başlayacaq.

Noyabrın 15-16-da Antalyada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammitinə qatılacaq Davudoğlu millət vəkili andiçmə mərasimi, parlamentə sədr seçimi, hökumətin qurulması, hökumət proqramı ilə bağlı görüşlərin keçirilməsi kimi işləri həyata keçirməyə başlayacaq.

“Böyük iyirmilik” ölkələri

Bunlardan sonra Davutoğlunun xarici ölkələrə səfərləri başlayacaq. Həmişə olduğu kimi baş nazir əvvəlcə Şimali Kipr Türk Cümhuriyyətinə, daha sonra isə Azərbaycana səfər edəcək. Davudoğlu Azərbaycana səfər etdikdən sonra İraqa gedəcək.

Əhməd Davudoğlu baş nazir kimi Azərbaycana ilk səfərini ötən ilin sentyabr ayında edib. Həmin vaxt Davudoğlunu həyat yoldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edib. Səfər zamanı Davudğolunun sadə vətəndaşlarla səmimi söhbəti, Şəhidlər məscidində namaz qılması diqqət çəkmişdi.

Davudoğlu Bakıda səfərdə olarkən / Sentyabr, 2014-cü il

Davudoğlunun Türkiyənin baş naziri kimi Azərbaycana növbəti səfərinin dəqiq vaxtı açıqlanmayıb. Ehtimal edilir ki, bu səfər “Böyük iyirmilik” ölkələrinin sammitindən sonra qısa vaxt ərzində həyata keçiriləcək.

Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili qazanmayıb. Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalıb.

Bundan sonra isə Türkiyədən növbədən kənar parlament seçkisinin keçirilməsinə qərar verilib. Seçkinin qalibi 49,4% səslə hakim Ədalət və İnkişaf Partiyası olub.

AKP Azərbaycanda da ən çox səs toplayan partiya olub. …read more

From:: ANS