İrəvanın böyük qorxusu

Bazar günü Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana səfərə gəlir və bu, Ermənistan paytaxtında ciddi narahatlıq doğurub.

ANS PRESS-in məlumatına görə, müxalifət yönümlü erməni KİV-ləri səfərin İrəvan üçün elə də xoş nəticələr verməyəcəyini vurğulayırlar. Məsələn, populyar analitika portalı “Lragir” iddia edir ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlir və İrəvanın qarışısında Azərbaycanın xeyrinə tələblər qoyacaq.

Sergey Lavrov – Rusiya xarici işlər naziri

Portalın fikrincə, Rusiya təyyarəsinin Sinay üzərində partalması regionda vəziyyəti kəskin dəyişib: “Qəzadan sonra Rusiya baş ştabı gözlənilmədən bildirdi ki, Əsədin düşməni olan Suriya müxalifəti ilə əməkdaşlıq etmək istəyir. Beləliklə, Rusiya, praktiki olaraq, Azərbaycan və Türkiyə ilə müttəfiqə çevrildi, onların marağı, demək olar ki, üst-üstə düşür. Rusiyanın bu birlikdə lider olmağa şansı yoxdur və öz tərəfdaşlarının tələbini yerinə yetirməlidir”.

Erməni portalı həmin tələblərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğunu bildirir: “Bu günlərdə Kremlyönümlü ekspertlər yenidən Qarabağ məsələsindən – ərazilərin qaytarılmasından, sülhməramlıların yerləşdirilməsindən, erməni tərəfinin güzəştlərə məcbur edilməsindən danışmağa başlayıblar. Amma görünür, bu məsələdə ciddi maneələr var, Lavrov gəlir ki, bu məsələləri müzakirə etsin”.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə erməni KİV-lərinin bu iddiası ilə razılaşmır. Onun fikrincə, Lavrovun İrəvana səfəri daha çox iki ölkə arasında iqtisadi sahədə yaranmış problemlərlə bağlıdır.

Qabil Hüseynli – Azərbaycanın sabiq dövlət müşaviri

“Serj Sarkisyan artıq cızığından çıxıb. Özbaşına Gürcüstana səfər edib, İran qazının və neftinin Ermənistandan keçməklə Gürcüstana nəqli üçün kəmər çəkilməsi ilə bağlı təkliflər irəli sürüür. Həmçinin, Ermənistan Metsamor atom elektrik stansiyasında (AES) istehsal edilən elektrik enercisinin bir hissəsini İrana satmaq istəyir”,- deyə Qabil Hüseynli ANS PRESS-ə bildirib.

Politoloq bildirir ki, bütün bunlar Rusiyanın maraqlarına ziddir: “İrandan neft və qaz kəmərinin çəkilməsi Rusiyaya girmək istədiyi Gürcüstan bazarında yeni rəqibin yaradılması deməkdir. Həm də Rusiya AES-in təmirinə 400 milyon dollardan artıq vəsait yatırıb. Təbii ki, Rusiya həmin enerjini özü satmaq istəyəcək”.

Qabil Hüseynli düşünür ki, Sergey Lavrov Ermənistan prezidenti …read more

From:: ANS