Bərdədə yolu keçən qadını avtomobil vurdu

Bərdədə piyadanın vurulması ilə nəticələnən avtoqəza baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdənin Əliyanlı kəndi ərazisində qeydə alınıb. 65 yaşlı qadın yolu qarşı tərəf keçmək istəyərkən “BMW” markalı avtomobil vurub.

Zərbə nəticəsində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yaşayan Sənubər İbrahimovanın sol ayağı sınıb. Yaralı yaxınlarının köməyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

İlkin müayinə zamanı Sənubər İbrahimovanın ağır kəllə beyin travması aldığı məlum olub. Xəstəyə həkimlər tərəfindən yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Baş vermiş faktla bağlı polis araşdırma aparır. …read more

From:: ANS