ANS-in yeni aksiyası (VİDEO)

Bayraq Günü ilə əlaqədar ANS olaraq müstəqilliyimizin əsas atributlarından olan bayrağımıza ehtiram əlaməti kimi belə bir təklif irəli sürürük.

ANS Şirkətlər Qrupu milli bayrağımıza sevgimizi nümayiş etdirmək üçün hamının üçrəngli bayrağımızı evinin qarşısından asmağı təklif edir.

Əməkdaşlarımızın bu addımı artıq öz nəticəsini verib.

Milli qürur mənbəyimiz olan bayrağımıza və milli bayraq gününə hörmət əlaməti olaraq ANS Şirkətlər Qrupu belə bir təşəbbüslə çıxış edir: “Hamı pəncərəsinin qarşısında milli bayrağımızı dalğalandırsın”.

Təşəbbüsümüz qısa vaxt çərçivəsində artıq öz nəticəsini göstərdi.

ANS Şirkətlər Qrupunun həyətində start verdiyimiz bu aksiyanı yaxınlıqdakı yaşayış binalarından görənlər də bizə qoşuldu.

Müşahidə apardığımız zaman artıq bir neçə evin pəncərəsindən bayrağımızın asıldığını gördük.

Əslində, bu təşəbbüslə hər bir vətəndaşın milli dövlət rəmzimizə olan sevgisini də aşılamaq niyyətindəyik.

Çünki başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, milli istiqlalımızın simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Bayrağımız sadəcə dövlət müəssisələrinin qarşısında və ya tədbirlərdə deyil, hər bir vətəndaşın pəncərəsində dalğalanmalıdır.

Üçrəngli ay-ulduzlu bayrağımızı təkcə idmançılar deyil, hər birmiz yüksəklərdə dalğalandırmağa çalışmalıyıq.

…read more

From:: ANS