“Banotdel” Sumqayıtda əməliyyat keçirdi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt ŞPİ Sumqayıtda əməliyyat keçirib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sumqayıt şəhər sakini Xalid Abuzərova məxsus “Mercedes” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı maşaından 1 ədəd “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkarlanıb.

AK-74 avtomatı

Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd “BORS” markalı avtomat silah və 1 ədəd “F-1”qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS