Büdcəyə xəyanət yoxsa valideyn məsuliyyətsizliyi

“Son günlər Bakı- Sumqayıt qatarına daş atılması halları artıb.

“Sonuncu hadisə ötən gün Biləcəri istiqamətində qatarın hərəkəti vaxtı baş verib. Bununla bağlı da iki uşaq saxlanılıb. Biz kütləvi informasiya vasitələrində (KİV) nə qədər bu mövzuya toxunsaq da, sakinlərlə qatarlara zərər verməmələri üçün nə qədər danışıqlar aparsaq da heç bir nəticə vermir”.

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, qatarlara xəsarət yetirilməsinin qarşısını almaq üçün artıq Koroğlu istiqamətinə müəyyən yerə qədər hər iki tərəfli dəmir və betonlar vasitəsi ilə çəpərləmə işləri aparılıb. Sumqayıt istiqamətində hərəkət xəttində nəzarətçilər də daim ərazidə gəzirlər ki, qatarlara hansısa bir xəsarət yetirilməsin:

“Biz bu mövzunun həllində bəzən acız qalırıq. Çünki bu yola əl atanlar daha çox azyaşılar olduğu üçün onlar haqqında tədbir görülə bilmir. Həmin əməlləri törədənləri yaşları ilə əlaqədar olaraq KİV-də işıqlandıra bilmirik. Ancaq bu məsələdə bütün iş valideynlərin üzərinə düşür. O, öz övladını bu yoldan çəkindirməlidir. Övladları saxlanılan valideyn söhbət zamanı o, bu əməli törədənin uşaq olduğunu deyərək haqq qazandırmağa çalışır”.

Nadir Əzməmmədov- QSC-nin mətbuat katibi

Xidmət rəhbərinin sözlərinə görə daşlanma hallarının ən çox Xırdalan istiqamətində və Sumqayıta girişdə baş verir.

“Qatarların təmiri baha başa gəlir. Şüşələr bahadır. Bu yola əl atanlar anlamalıdır ki, qatar sınıq şüşəylə hərəkət edə bilməz. Həm də biz bu şüşələri istehsalçı şirkətdən sifariş edirik və şüşələr Minskdən, qatarların istehsal edildiyi şirkətdən gəlir. Gətirilənə qədər də vaxt gedir. İnsanlar üçün də bu xoş deyil. Heç kim istəməz ki, sınıq şüşəli qatarda getsin. Axı insanlar gediş haqqı üçün pul ödəyir. Həmin yola əl atanlar bütün bunları anlamalıdır”.

N. Əzməmmədov qatarlara zərər verənlərin bundan sonra cərimələnə biləcəyini də açıqladı:

“Bu günə qədər şüşələri sındıranlardan heç biri cərimə edilməyib. Ancaq bundan sonra cərimələnə bilər. Çünki QSC bununla bağlı Daxili İşlər …read more

From:: ANS