Bakıda yürüş oldu

Bu gün Bakıda “Bayraq yürüşü” keçirilib. Yürüş Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilib.
Yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Yürüş “Azneft” meydanından başlayaraq Dövlət Bayraq Meydanınadək davam edib.

9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar veloyürüşdə baş tutub. Bu yürüşün təşkilataçıları isə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası olub. Ənənəvi yürüş “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında keçirilir.

Bu günki ənənəvi veloyürüş

İştirakçılar Bayraq Meydanı – Azneft prospekti – Dəniz limanı – Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət edəcəklər. 16,5 kilometrlik yürüş elə başladığı yerdə – Dövlət Bayrağı Meydanında başa çatacaq.

Veloyürüş …read more

From:: ANS