Bakıda iki nəfər bıçaqlandı

Gecə paytaxt Bakıda iki bıçaqlanma faktı baş verib. ANS PRESS-in məlumatına görə, Binəqədi rayonu Şövkət Məmmədova küçəsində baş verib. Küçədən tapılaraq xəstəxanaya çatdırılan 23 yaşlı Nurlan Əliyev küçədə naməlum şəxsin hücumuna məruz qaldığını deyib. Dərhal əməliyyat bolunan gənc zərərçəkmiş hazırda reanimasiyada həkim nəzarətində saxlanılır. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirir.

Nurlan Əliyevə hücum edən şəxs və ya şəxslərin axtarışını 4-cü polis bölməsi həyata keçirir.

Növbəti cinayət hadisəsi Bakının Qaradağ rayonunda baş verib. Rayonun Qobustan qəsəbəsi Salyan yolu küçəsində bıçaqlanan 34 yaşlı Asif Nağıyev 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bir neçə biçaq yarası alan şəxs həkim müdaxiləsi ilə sağ qalıb.

Qanlı hadisə ilə bağlı heç kim şbhəli şəxs qismində istintaqa cəlb edilməyib.

Hər iki faktla bağlı istintaq başladılıb. …read more

From:: ANS