Rusiyadan gizli addım

Rusiya gizli olaraq dekabr ayının əvvəlindən qızıl ehtiyatlarının satışına başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Societe Generale maliyyə korporasiyasının analitikləri açıqlama verib.

Onların sözlərinə görə, dekabrın birinci həftəsində dövlətin qızıl ehtiyatları 4,3 milyard dollar azalıb.

Qeyd edək ki, bu ilin avqust ayında Dünya qızıl fondu bəyan etmişdi ki, Rusiya qızıl ehtiyatlarına görə, dünyada altıncı yerdədir. Birinci yeri isə ABŞ tutur.

Onu da bildirək ki, ABŞ və Qərbin tətbiq etdiyi sanksiyalar və neftin qiymətinin ucuzlaşması nəticəsində Rusiya iqtisadiyyatı çətin günlərini yaşayır. Ölkədə rublun dəyəri kəskin şəkildə düşüb …read more

From:: ANS