Putinin İŞİD qorxusu

Terrorçuluğa qarşı milli komitənin iclasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Sinay yarımadasında A321 aviaqəzasının səbəblərinin müəyyənləşdirilməsinədək Rusiya aviaşirkətlərinə Misirə uçuşları dayandırmağı prezident Vladimir Putinə tövsiyə edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov xəbər verib.

“Dövlət başçısı bu tövsiyələrlə razılaşdı. Putin hökumətə bu tövsiyələrin reallaşdırmasının mexanizmlərini yerinə yetirməyə və Rusiya vətəndaşlarının vətəninə qayıdışının təminatını tapşırdı”, – deyə Peskov bildirib. Həmçinin prezidentin mətbuat katibi qeyd edib ki, Vladimir Putin aviasiya mesajlarının təhlükəsizliyinin təmin olunması üçün Misirlə qarşılıqlı təsiri qaydaya salmağı tapşırıb.

Aleksandr Bortnikov

Ötən gün ABŞ və Britaniya kəşfiyyatçıları Şarm əş-Şeyxdən Sankt Peterburqa uçan rus təyyarəsinin Sinay yarımadası üzərində bomba ilə partladıldığını bildirib. İŞİD terror qruplaşması təyyarənin məhv edilməsinə görə məsuliyyəti öz üzərinə götürsə də Rusiya bu iddiaları rədd edib. Mütəxəsislər Moskvanın bütün Misir reyslərini ləğv etmək qərarını rəsmi təhqiqatın “bomba versiyası”na yaxın olduğunu göstərir.

Britaniya Misirin Şarm əş-Şeyx şəhərinə uçuşları artıq dayadırıb.

Daha əvvəl Rusiya təyyarəsinin qəzasından sonra Böyük Britaniya və Fransa VƏ Almaniya artıq Şarm-eş-Şeyxə uçuşları dayandırmaq qərarları qəbul edib.

Oktyabrın 31-də Sinay yarımadasında “Koqalımavia” aviaşirkətinin Airbus A321-i laynerinin qəzası Rusiya və SSRİ-in aviasiyasının tarixində ən genişmiqyaslı qəza olub. Təyyarənin içində 217 sərnişin və ekipajın yeddi üzvü ümümilikdə 224 insan həlak olub.

Qəza sxemi xəritədə

…read more

From:: ANS