Qadınlar üçün sərt qadağa (FOTO)

Səudiyyə Ərəbistanında qadınların cəzbedici gözləri ilə bağlı yeni qadağa qüvvəyə minib.

ANS PRESS-in məlumatına görə, bu barədə “Metro” nəşri xəbər yayıb.

Qanuna əsasən, cəzbedici gözlərə malik qadınlar bundan sonra niqab və burqa mütləq məcburən geyinməlidirlər. Əgər qadınlar buna tabe olmayacaqları halda döymə kimi cəza ilə qarşılaşacaqlar.

Səudiyyə Ərəbistanının yaxşılığa kömək və günahla mübarizə Komitəsinin nümayəndəsi şeyx Motlab al Nabet bildirib ki, komitə bu qadağanı daxil etmək hüququna malikdir və onun doğru qərar olduğunu hesab edir. “Komitə üzvləri cəzbedici gözlərə malik qadınları qanuna tabe olmağa məcbur edəcək. Bizim buna bütün hüquqlarımız var”, – deyə Şeyx Motlab al Nabet deyib.

Hansı gözlərin cəzbedici olduğunu müəyyən etmək seçimi polisin üzərinə düşür.

Burqa geyinmiş qadın

Ötən il Səudiyyə Ərəbistanında subay qadınların restorana daxil olmasına qadağa qoyulmuşdu. Buna səbəb kimi qadınların restoranda eşqbazlıq edə, siqaret çəkə və mobil telefondan istifadə edə bilməsi göstərilirdi. Bəzi restoranların girişində “qadınlara daxil olmaq qadağandır” elanı vurulub.

Ölkədə hətta qadınlar təkbaşına səyahət də edə bilməzlər. Onlar yalnız ailələrindən olan kişi nümayəndələrinin müşayiəti altında səfər edə bilərlər. Səudiyyə Ərəbistanı qadın hüquqlarının ən çox pozulduğu ölkədir. Səudiyyə Ərəbistanında qadınlar hətta avtomobil də sürə bilməzlər. Onlara yalnız müəyyən olunmuş ərazilərdə velosiped sürməyə icazə verilir.

Səudiyyə Ərəbistanı xəritədə …read more

From:: ANS