Türkiyə ordusu hücuma keçdi: 119 ölü (FOTO)

Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı xüsusi əməliyyat keçirib.

ANS PRESS-in məlumatına görə, ölkədə PKK-nın ən önəmli mövqelərindən biri Hakkari ilə Yüksəkova bölgələri arasında yerləşən Buzul Dağı terrorçulardan təmizlənib.

Şəhid zabit İlkər Çelikcanın adını daşıyan və 2500-3500 metr yüksəklikdə həyata keçirilən antiterror əməliyyatında Türk əsgərləri 119 PKK terrorçusunu məhv edib. Əməliyyatlar zamanı Türkiyə ordusu 6 şəhid verib.

2-3 gün davam edən əməliyyat nəticəsində Buzul Dağı bölgəsi terrorçulardan təmizlənib. Həmin ərazi terrorçu PKK-nın əsas bazalarından sayılırdı. Bu yerlərə “girilməz bölgə” adı da verilmişdi.

PKK terrorçularının “Doçka” zenit qurğusu

Əməliyyat nəticəsində terrorçuların xeyli silah-sursatı da ələ keçirilib. Terrorçuların istifadə etdiyi mağaralardan “Doçka” adlı 5 zenit qurğusu da daxil olmaqla 39 ağır silah və bu silahlara aid on minlərlə sursat aşkarlanaraq götürülüb.

Sentyabrın 27-də başlayan və noyabrın 5-də başa çatan xüsusi əməliyyatda helikopterlərdən də istifadə edilib. Yüksəkliyin terrorçulardan təmizlənməsi təhlükəsizlik baxımından bölgədəki polis məntəqələri üçün böyük əhəmiyyət daşıyır.

Terrorçuların ələ keçirilən silah-sursatı

2500-3500 metr yüksəkildə 15 dərəcə şaxtalı hava şəraitində keçirilən və 40 gün davam edən əməliyyatda terrorçuların dağdakı bütün mağaraları bir-bir darmadağın edilib.

Əməliyyatlara Türkiyə Hərbi hava Qüvvələri də kömək edib.

PKK terrorçularına ağır zərbə vurularkən terrorçuların “ratsiya”lardakı danışıqları ələ keçirilib. Danışıqlarda aydın şəkildə eşidilir ki, terrorçular Türk əsgərlərinin hücumları zamanı təşvişə düşüblər və xeyli sayda itki veriblər. Danışıqların birində deyilir ki, 40 terrorçu mağaralardan birində “ilişib” qalıb. Onların hamısının vəziyyətinin ağır olduğu deyilir.

PKK terrorçularının darmadağın edilən mövqeləri

Digər danışıqda isə qeyd olunur ki, terrorçulara əlavə qüvvələr gələrkən onlar türk əsgərləri tərəfindən tamamilə məhv edilib. …read more

From:: ANS