Həbsxanadakı qadınlardan inanılmaz əməl (VİDEO)

Məhbuslar ya boş vaxtlarının çox olmasından, ya da içərilərində olan gizli istedadı üzə çıxarmaq istəyindən həbsxanada müxtəlif əşyalar hazırlayırlar. Əgər bu məhbuslar qadınlar olarsa, onda təsəvvür edin, onlar necə xariqələr yarada bilərlər.

İnandırıcı səslənməsə belə çantalar hansısa, yeni materialdan deyil, məişət tullantılarından hazırlanıb.

İstehsalçılar isə Puerto-Rikoda həbsxanada cəza çəkən qadınlardır. Məhbus qadınların lazımsız tullantılardan ərsəyə gətirdiyi müxtəlif formada çantaları görənlərsə, onların fabrik istehsalı və ya əl işi olduğunu ayırd edə bilməyiblər.

“Mənim çox xoşuma gəldi. Olduqca incə işlənilib. Çantaların modellərini də bəyəndim. Bu əl işlərinin məhbuslar tərəfindən hazırlandığını öyrəndikdə isə gözlərimə inana bilmədim”, – deyə alıcı Viktoriya Xulyo bildirib.

Çantaları hazırlayan məhbus qadınlar isə dəmir barmaqlıqlar arxasında yaradıcılıqla məşğul olmağın onlara stimul verdiyini söyləyiblər.

Həbsxana sakinləri bununla həm də cəmiyyətə yenidən inteqrasiya olmağa çalışırlar.

Məhbus Anna Rivera qeyd edib ki, bu streslə mübarizə aparmağın bir yoludur: “Gündəlik problemlərdən yaxa qurtarmaq üçün yaxşı vasitədir. Çantalar, pul qabları hazırlayaraq özümüzü azadlıqda olan cəmiyyətə həsr edirik”.

Amma məişət tullantılarından hazırlanan çantalar hələlik satışa çıxarılmayacaq. Həbsxana rəhbərliyi çantaları ilk növbədə muzeydə sərgiləməyi nəzərdə tutub.

…read more

From:: ANS