Neft şirkətlərində kütləvi ixtisarlar

Neft ucuzlaşdıqca Britaniyanın neft sənayesinin böhranlı vəziyyəti də dərinləşir.

ANS PRESS-in məlumatına görə, neft şirkətləri və bu sahənin xidmətçi qurumları qənaət etmək məqsədilə əməkdaşların sayını ixtisara salırlar.

Brindex müstəqil neft kəşfiyyatçıları assosiyasiyasının sədri Robin Allanın sözlərinə görə, sənaye çökmək astanasındadır.

Onun sözlərinə görə, neftin qiyməti bir barel üçün 60 dollar göstəricisindən aşağı düşdüyü halda Şimal Dənizdəki yeni neft layihələri gəlirlərini itirir.

“Dərin böhrandayıq. Sənaye yeni şəraitə alışmağa çalışır, lakin bunun üçün işçiləri, layihələri, xərcləri ixtisar etmək lazımdır. Bu, həm işçilər, həm şirlkət, həm də ölkə üçün çətindir. Yeni investisiyalar baxımından vəziyyət iflasa yaxındır. Hamı zərərdədir, işçilər, gələn ilin büdcəsi ixtisar olunur”, Robin Allan deyib.

Onun fikrincə ixtisarların əksəriyyəti “səssiz-küysüz” aparılacaq, çünki neft yataqlarında işlər adətən məhdud müddətli iş müqavilələri əsasında görülür, bu səbəbdən də belələrinin ixtisara salınması problem yaratmayacaq.

Bu arada ABŞ-da mənzillənən ConocoPhillips neft nəhəngi Britaniyadakı layihələrində 1,650 iş yerindən 250-ni ixtisara salıb.

Digər neft şirkətlərində də buna bənzər addımların atılacağı gözlənilir. …read more

From:: ANS