“Arvadımın aşiqləri” satıldı (FOTO)

“Arvadımın aşiqləri” satıldı. Çəkisi 100 kiloqram olan əsər 826 min dollara alıcı tapıb.

ANS PRESS-in məlumatına görə, avstraliyalı rəssam Karla Kaleranın portreti Sotheby’s hərracında 826 min dollara satılıb. Tabloda 42 pişik təsvir olunub. Bununlada əsər pişik təsvirli ən böyük və ən bahalı portret olub. Onu alanın adı açıqlanmayıb.

Hərracda rəsm əsərinin ilkin qiyməti 500 min dollar olub. Rəsmin eni 2,6 metr, hündürlüyü isə 1,8 metrdir. Əsərin ağırlığına mismarlar tab gətirə bilməyərək ustalar hərracda xüsusi konstruksiya quraşdırılıb.

“Arvadımın aşiqləri”

1891-ci ildə rəssam Los Anceles milyonçusunun həyat yoldaşı Keyt Bersell Consonun sifarişi ilə yaradılıb. Consonun malikənəsində qulluqçuların nəzarətində 350 pişik olub. Rəsmin adını sifariş edən xanımın yoldaşı qoyub. Karl Kaler bu portreti 3 ilə çəkib.

Ümumiyyətlə milyonçu kolleksionerlərin bu tip əsərlərə marağı olduqca böyükdür. İspan rəssam Pablo Pikasso fırça yatağı ilə çəkilmiş “Müğənni Kabare” (La Gommeuse) 67,5 milyon dollara alıcı tapıb. Onun daha bir əsəri “Əlcazair qadınları” 179 milyon dollara satılıb. …read more

From:: ANS