11 yaşlı qız ana olmağa hazırlaşır

Paraqvayın paytaxtı Asunsonda 11 yaşlı qız ana olmağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, uşağın dünyaya gəlməsinə San Pablo xəstəxanası kömək edəcək. Həkimlər qızın artıq hamiləlik dövrünün 39 həftəsində olduğunu bildiriblər. Həkimlər doğuş əməliyyatının qeysəriyyə üsulu ilə olmasını daha məqsədəuyğun və təhlükəsiz hesab ediblər. Onların sözlərinə görə, uşaq tam sağlamdır.

Asunson məhkəməsi isə, faktla bağlı istintaq başladılıb. Qızın anası onun zorlandığını iddia edir.

Bu dünyada baş verən ilk belə hadisə deyil.

Dünyanın ən gənc anası Perulu Lina Medinadır. 1933-cü ilin sentyabrında doğulan Lina oğlunu 5 yaşında dünyaya gətirib.

Lina Medina yeni doğulan körpəsi ilə

1934-cü ildə Ukraynanın Xarkov şəhərində yaşayan 6 yaşlı Liza öz doğma babasından qız uşağı dünanaya gətirib. Qızcığaz təbii yolla doğuş həyata keçirsə də uşaq doğuş zamanı tələf olub.

1957-ci ilin dekabrında 9 yaşlı İlda Truxilyo Lima hospitalında 2,7 kq çəkisi olan qız dünayaya gətirib. İldanın anası həkimlərin onun qızının hamilə olduğunu deyəndə qulaqlarına inanmayıb. İlda 22 yaşlı qohumu tərəfindən zorlanıb. Valideynləri qızın hamilə olduğunu öyrəndikdən sonra oğlan dərhal həbs olunub.

27 yanvar 2010-cu ildə 9 yaşlı Çin sakini uşaq dünyaya gətirib. O, Girin əyalətinin Çançun şəhərində qeysəriyyə əməliyyatı vasitəsi ilə doğulub. Yeni doğulmuş oğlanın çəkisi 2,8 kq. təşkil edib və həkimlər ana və uşağın vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Dünyanın ən yaşlı anası isə 70 yaşlı hindistanlı Omkari Panvar 2008-ci ilin iyulunda əkiz uşaq dünyaya gətirib. Pankar cütlüyünün bundan əvvəl iki qızları olub, amma onlar oğlan uşağı arzulayıblar. Ailə başçısı 77 yaşlı Çaran-Sinqx öz torpaq sahəsini girov qoyub, öküzlərini satıb və bankdan kredit götürərək bahalı süni mayalanma əməliyyatı üçün pul ödəyib. Nəticədə vaxtından bir az əvvəl qeysəriyyə əməliyyatı vasitəsi ilə 900 qram çəkisi olan qız və oğlan dünyaya gəlib.

2005- ci ilin yanvarında 67 yaşlı yazıçı və Rumın ədəbiyyatı müəllimi Andriana İliesku qız …read more

From:: ANS