Yeyib içən dostların axırı pis oldu

Gecə saatlarında Qubanın Amsarqışlaq kəndində dava baş verib.

ANS PRESS-in məlumaına görə, dava kənd qəbirstanlığında yeyib içən üç dost arasında baş verib.

İçki məclisində 35 yaşlı Asif Əhmədovun 50 yaşlı Cavanşir Şahbandirovla sözləri çəp gəlib. Nəticədə Şahbandirov Asif Əhmədovu döyüb. Daha sonra Cavanşir Şahbandirov Asif Əhmədovun evinə hücüm çəkib.

Evin qarşısında onu Asifin 59 yaşlı atası Nüsrət Əhmədov qarşılayıb. Cavanşir atadan oğlunun yerini soruşaraq onu öldürəcəyi ilə hədələyib. Əlində xəncərə bənzər bıçaqla evə hücüm edən Cavanşir Nüsrət Əhmədovun barmağını yaralayıb.

Polisin müdaxiləsindən sonra Cavanşir saxlanılıb. Quba polis şöbəsi faktı təsdiq edib və hazırda araşdırma aparıldığını bildirib. Ata oğul isə ciddi yaralarla xəstəxanaya yerləşdirilib. …read more

From:: ANS