Ruslar stadionda soyundu (FOTO)

Avropaliqasında keçirilən “Beşiktaş” – “Lokomativ” matçı zamanı kuryoz hadisə yaşanıb.

ANS PRESS-in məlumaına görə, oyunu izləməyə gəlmiş rus azarkeşlər hər kəsi şoka salmağı bacarıb.

“Atatürk Olimpiya” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsini problemsiz şəkildə izləyən ruslar, ikinci hissədə azğınlıq etməyə başlayıb. Matçın 60-cı dəqiqəsində 100-ə yaxın rus azarkeş geyimlərini soyunmağa başlayıb. Onlardan bəziləri hətta lüt soyunaraq arxalarını stadiona çevirib. Bir qədər sonra isə rus azərkeşlərin bir çoxu meydana daxil olmağa çalışıb. Ruslar yalnız polislərin müqaviməti ilə üz-üzə gəldikdən sonra geri çəkilib.

76-cı dəqiqədə Niassenin vurduğu bərabərlik qoluna sevinən ruslara “Beşiktaş” tərəfdarlarından reaksiya olub. Rus azərkeşlər özlərinə reaksiya göstərən beşiktaşlılara əl hərəkəti ilə cavab verincə araya yenidən təhlükəsizlik güvvələri girib. “Lokomotiv” Moskva tərəfdarları polis gəldikdən sonra matçı izləməyə davam edib.

“Beşiktaş” İstanbulda Moskva “Lokomotiv”i ilə 1-1 hesabı ilə heç-heçə edib. …read more

From:: ANS