Məşhur türk futbolçuya ağır itki

“Qalatasaray” klubunun kapitanı Selçuk İnanın bibisi oğlu Egemen Özer Hatayın Arsus mahalında keçirdiyi yol qəzası nəticəsində həlak olub.

ANS PRESS-in məlumaına görə, qəza sürücünün idarə etməni itirməsi səbəbdən baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb daha üç nəfər isə yaralanıb. Qəzada avtomobildə sıxılan və aparıldığı xəstəxanada həyatını itirən sürücü Egemen Özer Türk futbolunun ulduzu Səlcuq İnanın bibisi oğludur. İlkin məlumatlara görə, İskenderun istiqamətində irəliləyən və içində 4 nəfərin olduğu 31 TH 670 nömrəli avtomobil sürücüsünün idarə etməni itirməsi nəticəsində döngəyə girə bilməyərək yoldan çıxaraq aşıb.

Egemen Özer

Qəzanı görən digər sürücülər hadisə yerinə polis və təcili yardım çağırıb. Yaralanan 3 nəfər təcili yardımlarla mahaldakı xəstəxanalara çatdırılsa da, avtomobildə sıxışıb qalan Özer hadisə yerinə çağırılan xilasetmə qrupu tərəfindən xüsusi vasitələrlə avtomobildən çıxarılıb. Ağır yaralanan Özer xüsusi bir xəstəxanaya aparılıb. Egemen Özer həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib. Polis qəzayla bağlı istintaqa başlayıb. …read more

From:: ANS