Sizi hədiyyə gözləyir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – günün ilk yarısında mənfi təmayüllərin təsiri güclü olacaq. Ehtiyatlı olun, sayıq davranın. Peşəkar fəaliyyətlə bağlı mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Sizə yardım və dəstək vəd edən insanların yardımlarına bel bağlamayın. Kömək etmək istədiklərini deyən insanlar sizin maraqlarınızı nəzərə almırlar.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Axşam saatları maraqlı ünsiyyət və görüşlər zamanıdır.
Yaşam potensialının səviyyəsi yüksək olsa da, orqanizmi sınağa çəkməyin. İfrata varmaq xroniki ağrıları gücləndirə bilər.

Buğa – yaranmış situasiyanı mümkün qədər tez dəyərləndirməyə çalışın. Situasiyanı düzgün qiymətləndirsəniz, gününüz pis keçməyəcək. Yanlış ümidlər və illüziyalardan qurtulmağa çalışın. Bu, sizə xoş olmasa da, problemin öhdəsindən gəlin. Ünvanınıza deyilən tənqidlərə diqqətlə qulan asın. Eşidəcəyiniz sözlər arasında məntiqli, ağıllı ifadələr də var.
İşgüzar görüşlərdə soyuqqanlı və sayıq olun. Vədlər verməyin, çünki onlara riayət etmək asan deyil. İşdə həmkarlarla fikir ayrılıqları ola bilər.
Günün ikinci yarısında isə şəxsi münasibətlər müstəvisində problemlər həllini tapacaq. Müsbət təmayüllərin təsiri güclənir. Ciddi çətinliklər olmayacaq. Axşam saatlarında yaxınlarınızı xoş xəbərlərlə sevindirməyə çalışın.
Ailə üzvlərinizin istəklərini nəzərə alın.

Əkizlər – emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizi cilovlaya bilməsəniz, bunun heç bir yaxşı nəticəsi olmayacaq. Adi vaxtlarla müqayisədə münaqişələrin sayı sürətlə artır. Etiraf edin ki, belə situasiyanın formalaşmasında özünüz də suçlusunuz. İşdə həmkarlar və rəhbərlik istənilən səhvinizə diqqət yetirəcək, sizi nəzarətdə saxlayacaqlar. Təkbaşına gördüyünüz böyük həcmdə işi onlar görməyəcəklər.
Günün ikinci yarısında mühüm məsələləri yaxınlarınızla müzakirə etməyin. Problemləri təkbaşına həll etməyə çalışmayın. Seçiminiz sual doğura bilər. Həll və çözüm axtarışını bir qədər ertələməyə can atın.
Axşam saatlarında gəzintiyə çıxmayın.

Xərçəng – bu gün əməlli-başlı çalışmalısınız. Əldə edəcəyiniz uğurlar gələcək qələbələrinizin rəhni ola bilər. Yeni işgüzar münasibətlərə başlamaq üçün pis zaman deyil. Yeni müttəfiqlər və hamilər axtarışına başlamaq olar. Səyləriniz əbəs olmayacaq. Gördüyünüz işlərə görə mükafat və ya ödəniş əldə etmək asan olmasa da, narahat olmayın. Sonucda ödəniş səxavətli olacaq.
Günün …read more

From:: ANS