Qəhvə haqqında bilmədikləriniz (FOTO)

Hər birinizin sevərək içdiyi qəhvə ilk dəfə olaraq Həbəşistanın cənub qərbində tapılıb. Daha sonra qəhvə Mərkəzi Ərəbistana gətirilib və Yəmənin cənub qərb hissəsində becərdilib. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Qəhvə dənəcikləri qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.

Əksər insanlar iş yerində, dərs oxuyan zaman adətən gümrah olmaq və yorğunluğdan qurtarmaq üçün qəhvə içməyə üstünlük verir.

Tədqiqatçılar qəhvə sevənlərin intihara daha az meyilli olduqlarını aşkar ediblər. Intihara cəhd riski kofeinin təsiri sayəsində 50% qədər enir. kofein orqanizmdə emosiyalarla bağlı olan seratoninin və dofaminin ifrazına təsir göstərir.

Tənbəllik etməyi sevənlər üçün qəhvə çox yaxşı bir stimuldur. Əməksevərlərə isə əksinə, tövsiyə görülmür. Çünki onlara qəhvə əks təsir göstərir. Psixoloq Jey Xoskinq bu nəticəyə siçanlar üzərində təcrübə apararaq gəlib. Kofeinin daha cəld olan siçanların fəallığını müəyyən dərəcədə azaltdığı müşahidə olunub.

Kofeinsiz həyatını təsəvvür etməyənlər, lakin hər hansı bir səbəbdən qəhvə qəbul edə bilməyənlər üçün “AeroShot» inqalyatoru icad olunub. O , ovçu gülləsi ölçüsündədir və plastik silindr formasındadır. Hər belə bir inqalyatorda 100 mq kofein var.

2003-ci ildə aparılmış tədqiqatlara əsasən sağlam orta yaşlı insan üçün kofeinin təhlükəsiz miqdarı 400 mq. (təxminən 500 mq. qəhvə) təşkil edir. Yüksək doza sağlamlıqla və əhval-ruhiyyə ilə problemlər əmələ gətirə bilər.

Ən bahalı qəhvəni filin peynindən düzəldirlər. Qəhvənin bu növünü “Qara tusk” adlandırırlar. Onu Taylandda hazırlayırlar. Qəhvənin toxumları ilə Taylanddakı filləri qidalandırırlar. Onların bağırsaqlarında toxumlar tamamilə həzm olunmur və peyinlə birlikdə orqanizmdən çıxır. Həzm etmə prosesinin və mədə şirəsinin təsiri altında dənələr ənənəvi acılıq tamı olmadan xüsusi zəngin və yumşaq dad əldə edirlər. Həmçinin toxumların dadına fillərin qidalandığı yem də təsir göstərir. Məsələn, bananlar, şəkər qamışı və s. Orta hesabla toxumları həzm etmək üçün heyvana 15-30 saat gərəkdir. Bu növ qəhvənin 1 …read more

From:: ANS