Futbol əfsanəsini xilas edən azərbaycanlı (FOTO)

Əfsanəvi futbolçu və “Qəbələ” klubunun idman direktoru Toni Adamsı əməliyyat edən həkim Üzeyir Rəhimov ANS PRESS-ə danışıb.

Onun sözlərinə görə, Toni Adams idman zamanı sinəsində sıxıntı hiss edib və məşq edə bilməyib. “O, 100-200 metr gəzdikdən sonra istirahətə ehtiyac duyurdu. Sinəsində göynərti şikayəti ilə həkimə müraciət edib. Həkim də elektrokardioqramma müayinəsində ürək damarında problemlər olduğundan şübhələnilib və xəstə bizə yönləndirilib. Biz xəstəni müayinə etdikdən sonra mən birbaşa anqioqrafiya tövsiya etdim”.

Həkim deyib ki, əgər “Qəbələ” klubunun idman direktoru bir az da gec gəlsəydi o həyatını itirə bilərdi.

Həkim anqioqrafiya zamanı ən əsas ana damarın 99% tutulduğunun müəyyən edildiyini deyib. Bu damardakı tutulmalar aisə qəflətən, ani ölümlərə səbəb ola bilir.

“Biz xəstənin özünə də dedik ki, damara stend qoyulmalıdır. Xaricə getməsi isə riskli idi. Çünki uçuş zamanı problem ola bilərdi. Özünə izah etdikdən sonra o əməliyyata razılıq verdi. Əməliyyat çox ağır oldu, o, infakt keçirə bilərdi. Daha sonra biz ona London da kardioloqa getməsini tövsiyə etdik. Çünki belə xəstəliklərin müalicəsi stend qoymaqla bitmir. Biz əlimizdən gələni etdik. Toni Adams da bizə təşəkkür etdi”.

Toni Adams – Əfsanəvi futbolçu

Üzeyir Rəhimov Tibb Elmləri Üzrə Fəlsəfə Doktorudur. 1991-1998-ci ildə Ankara Universiteti Tibb Fakultəsini birib. 2-ci ali təhsikini 1998-2003-ci ildə Ankara Universiteti Tibb Fakultəsi Kardiologiya uzmanlığını bitirib.

Toni Adams həyatının kritik vəziyətində olduğunu deyib. İdman direktoru Bakıda ürəyindən əməliyyat olunub. Bu barədə idman direktoru “Guardian”a danışıb .

“Məşq zamanı ürəyimdə ağrılar hiss etdim. Mənə məsləhət görüldü ki, Bakıda müalicə alım. Həm “Qəbələ” klubunun həkimləri, həm də kardioloq Üzeyir Rəhimov məni müalicə etdilər. Ürəyimə anqioplastik edilib, damarlardan birinin yolu tutulmuşdu. Həkimlər fantastik iş gördülər. Hətta Britaniyada mənim kardioloqum bunu təsdiq edib. Dəqiq deyə bilərəm ki, onlar olmasaydı mən həyatda olmazdım. Kiçik əməliyyat mənim həyatımı xilas etdi. Sizə təşəkkür edirəm və məsləhət görürəm …read more

From:: ANS