Putinin yeni “tələsi”

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi Birliyi (AİB) daxilində neft və neft məhsullarının vahid bazarını yaratmaq niyyətində olduqlarını açıqlayıblar.

ANS PRESS-in məlumatına görə, vahid bazar daxilində 2024-cü ilə qədər ikitərəfli müqavilələrin bağlanaması və vahid birjanın yaradılması nəzərdə tutulur.

Layihə çərçivəsində neft və neft məhsullarının nəqli üçün xüsusi anbarlar yaradılacaq. Birliyinin dekabrda keçiriləcək iclasında müzakirə ediləcək məsələ ətrafında iştirakçı dövlətlər arasında kəskin fikir ayrılığı yaranıb.

Belarus höküməti təklif edir ki, birlik daxilində yaradılan bazarda neftin qiyməti beynəlxalq birjalardakı qiymətlərdən yüksək olmamalıdır. Digər tərəfdən isə Avrasiya İqtisadi Birliyinin hüdudlarından kənarda yerləşən neft və neft məhsullarının həmin bazara gətirilmə xərcləridə nəzərə alınmalıdır.

Rusiya tərəfi isə bu cür yanaşmanın qiymətlərin formalaşmasında bazar prinsiplərinə uyğun olmadığını deyir. Bu birlik ölkələri arasında səmərli əməkdaşlığın prinsiplərini pozur. Qazaxıstan isə öz növbəsində yeni bir təkliflə çıxış edir. Təklifə görə qiymətlər yalnız bazar mexanizmlərinə əsasən formalaşmamalı, həmçinin ölkələr arasında rəqabət mühiti də yaradılmalıdır.

29 may 2014-cü il tarixində Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını koordinasiya edə bilirlər. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfıra etdirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var.

Birliyin tərkibinə adıçəkilən dövlətlərdən başqa Ermənistan və Qırğızıstan da daxildir.

Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərin prezidentləri

Təşkilat yenicə yaranmasına baxmayaraq dövlətlər arasında fikir ayrılıqları ortaya çıxır. Məlumdur ki, son zamanlar Azərbayanın AİB-nə daxil olacağı ilə bağlı xəbərlər tez-tez yayılır. Artıq Elmar Məmmədyarov və İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın bu ittifaqa daxil olmasını istisna etmədiklərini deyib.

Azərbaycanı regionun ən böyük neft ixracatçılarından biri olduğunu nəzərə alsaq, birlik daxilində iqtisadi məsələlərdə böyük …read more

From:: ANS