Ərəb şeyxləri Azərbaycan kəndində

Ərəb şahzadələri yenidən ov etmək üçün Azərbaycana qayıdıblar .

ANS PRESS-in Şirvan bürosundan verilən məlumata görə, ərəb qonaqlar ov etmək üçün bu dəfə də Hacıqabul rayonunu seçiblər.

Hacıqabulun Qarasu kəndində xüsusi mühafizə olunan evdə yaşayırlar.

Əvvəlki səfərlərdən fəqli olaraq bu dəfə onlar özlərinə məxsus evdə qalırlar. Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı Məhəmməd bin Rəşid Qadir özləri ilə müxtəlif quşlar gətiriblər. Onlar hər bir quşu özləri ilə gətirdikləri nəzarətçilərə tapşırıblar.

Ərəblərin özləri ilə gətirdikləri yırtıcı Şahin quşu

Bir müddət əvvəldə ərəb qonaqlar Saatlı şəhərinə səfər etmişdilər. Saatlı sakinlərinin verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələmişdilər.

“Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər” – deyə rayon sakinləri bildirib.

Ərəb şeyxləri ov edərkən

Ərəblər ötən ilin mart ayında da üç həftəyə yaxın Saatlı və İmişli rayonlarının ərazisində, Mil düzündə – Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda əylənmişdilər. O zamankı ov həvəskarları isə keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu.

Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər.

Həmçinin oxuyun: Azərbaycana ova gələn ərəbi “ovladılar” (FOTO)

Ərəb şeyxləri Azərbaycanda

Ərəblərin səfər etdiyi Hacıqabul rayonu (qırmızı xətlə işarələnib) …read more

From:: ANS