Bakıda icra başçısından prezidentə hörmətsizlik (FOTO)

Bakıda sahibkar intihara cəhd edib. ANS PRESS-in əldə etdiyi məlumata görə, Binəqədi rayonunda 6-cı mikrorayon ərazisində tikilməkdə olan idman kompleksinə çıxan kişi özünü oradan atmaq istəyib.

Hadisə şahidlərinin sözlərinə görə, buna səbəb isə tikintisinə icazə verilən kompleksin binasının böyük hissəsinin hazır olmasına baxmayaraq İcra Hakimiyyəti tərəfindən onun sökülmək istənilməsi olub.

Tikilən binanın 4-cü mərtəbəsinə qalxan şəxs Binəqədi rayon İcra Hakimiyyətinin ünvanına rüşvət ittihamları səsləndirib. “500 minimi qaytarın, sonra sökün”.

Sahibkarın intihara cəhdindən sonra texnika və icra nümayəndələri hadisə yerindən uzaqlaşıblar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.

Eyni binada intihara cəhd bir neçə gün öncə də olub

Gələndə arasında Binəqədi rayon icra hakimiyyətinin başçısı da olub. Danışıqlardan sonra sahibkarı intihar fikrindən daşındırmaq mümkün olub. Onun icra başçısı ilə görüşü təşkil edilib.

Xaləddin İsgəndərov- icra başçısı

Məlumat üçün bildirək ki, eyni şəxs bir neçə gün öncədə bu binaya çıxaraq intihara cəhd edib. Lakin onu fikrindən daşındırmaq mümkün olmuşdu.

İttihamlara aydınlıq gətirmək üçün Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaqda telefonlarımıza cavab verən olmadı.
Dünən Şəkidə çıxış edən prezident İlham Əliyev rüşvətlə mübarizə, sahibkarların məruz qaldığı hallar barədə danışıb. O, deyib ki, korrupsiya, rüşvətxorluq üçün, meydanı daraltmaq lazımdır. Dövlət başçısı son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxdığını deyib. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. “Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir. …read more

From:: ANS