Putinin Ərdoğana dedikləri

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

ANS PRESS-in məlumatına görə, telefon zənginin əsas məqsədi Putinin Ərdoğanı noyabrın 1-də keçirilən seçkilərdə AKP partiyasının qalib gəlməsi münasibəti ilə təbrik etməsidir.

Danışıq əsnasında prezident Ərdoğan da oktyabrın 31-də Rusiyaya məxsus A 321 təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində 224 sərnişinin dünyasının dəyişməsinə görə, başsağlığı verib.

Misirdə qəzaya uğrayan təyyarənin görüntüləri

Kremlin mətbuat xidmətinin yaydığı xəbərlərə görə, iki ölkə liderləri arasındakı telefon danışığında Rusiya ilə Türkiyə arasında ikitərəfli əlaqələr də müzakirə olunub.

Kremlin şərhində deyilir: “Telefon danışığında Rusiya və Türkiyə arasındakı münasibətlərdən, dekabr ayında baş tutacaq
əməkdaşlıq şurasının toplantısından söz açılıb. İki ölkə arasında siyası dialoqun bundan sonra da davam edəcəyi və iqtisadi inkişaf üçün tədbirlər görüləcəyi danışılıb”.

Ərdoğan və Putin Suriyadakı son vəziyyəti də müzakirə edib. Liderlər noyabrın 15-16-da Antaliyada G20 sammitində də bu mövzunun əsas müzakirə mövzusu olacağını deyiblər.

Ötən ay Türkiyə prezidentinin Moskvaya səfəri zamanı Rusiya prezidenti ona noyabrda keçiriləcək seçkilərdə uğurlar arzulamışdı.

Həmin səfər çərçivəsində Rusiyanın sentyabrın 30-da Suriyaya endirdiyi aviazərbələr nəticəsində dinc sakinləri öldürməsi və Bəşər Əsədi dəstəkləməsi müzakirə olunub. Həmin vaxtlardan iki ölkə arasında münasibətlərdə soyuqluq yaranıb.

…read more

From:: ANS