İntihar edən ulduzun xanımı danışdı (FOTO)

Robin Uilyamsın həyat yoldaşı Syuzan Şnayder maraqlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, mərhum aktyorun həyat yoldaşı Syuzan Şnayder bildirib ki, Robin intihar etməsəydi xəstəlikləri səbəbindən üç il içində öləcəkdi. Syuzan qeyd edib ki, son zamanlar onların həyatları kabusa dönmüşdü.

Onun sözlərinə görə, Robin son günlər göz qabağında əriyirdi. Syuzan aktyorun tərpənə bilmədiyini və dərin depressiyadan əziyyət çəkdiyini deyib. “O, bir anlıq yaxşı olurdu 5 dəqiqədən sonra başa düşülməyən sadə sözlər danışırdı”, Syuzan yadına salaraq deyib.

Onun sözlərinə görə, həyat yoldaşının bu addımını mühakimə etmir: “O, həyatımda tanıdığım ən cəsur insanlardan biridir”

Syuzan Şnayder və Robin Uilyams

Keçən il 63 yaşlı amerikalı komediya aktyoru Robin Uilyams Şimali Kaliforniyadakı evində ölü tapılıb. Aktyorun həyat yoldaşı Syuzan Şnayder onun ölümü ilə bağlı yazılı bəyanatında deyib: “Bu səhər mən həyat yoldaşımı, ən yaxşı dostumu, dünya isə ən sevimli aktyor və yaxşı insanını itirdim”.

Tanınmış Hollivud ulduzu 1951-ci ildə Çikaqoda doğulub.

Atası vaxtilə “Ford” korporasiyasının rəhbərliyinə daxil olub. Lakin oğlu onun yolunu seçməyərək aktyor kimi fəaliyyət göstərməyə üstünlük verib. O, “Missis Dautfayr”, “Qudzon üzərində Moskva”, “Cumanci” bədii filmləri və çoxsaylı cizgi filmlərinin səsləndirilməsi ilə məşhurdur.

R.Uilyams 1997-ci ildə “Ağıllı Uill Hantinq” filmindəki ikinci plandakı roluna görə “Oskar” mükafatı alıb. …read more

From:: ANS