Azərbaycan müxalifətinə seks dərsliyi

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun dünən “modern.az” saytına verdiyi müsahibəni 2015-ci il parlament seçkiləri dövründə müxalifət düşərgəsində baş vermiş ən yadda qalan hadisə saymaq olar.

ANS PRESS-in məlumatına görə, sözügedən müsahibədə Sərdar Cəlaloğlu ölkədə baş verən proseslərdən yox, axirət dünyasındakı qadınların fizioloji quruluşu barədə danışıb. ADP lideri müsahibəsində cənnətdəki qadınların cinsiyyət orqanı olmayacağını iddia edib: “Buyurulur ki, bu, əbədi bakirə olacaq. Yəni əbədi bakirənin bir orqan kimi qızlığı yoxdur. “Quran”da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur. Allah buyurur ki, cənnətdəki həmin varlıq adi həyatda bir qadının kişiyə verdiyi zövqdən də yüksək bir həzz yaşadacaq”.

Sərdar Cəlaloğlu – ADP sədri

Beləliklə, ADP sədri “Qurani-Kərim”in “Vaqaiə” sürəsinin 35-37-ci ayələrində yer alan cümləni özü bildiyi kimi şərh etməyə çalışıb və əsas məzmunu xeyli təhrif edib. Ayələrdə deyilir: “Şübhəsiz ki, Biz onları başqa cür yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik”.

Ayələrin məzmunu yetərincə aydın olsa da, adətən, ilahiyyatçılar bu sözləri şərh etməyə çəkinirlər və siyasətçilərin bu cür ziddiyyətli bəyanatlar verməsini anlamadıqlarını bildirirlər. “İnşallah, Allah cənnəti nəsib edər, nə olacağını gedib görərik. Yoxsa, bu məsələlər barədə danışmağa dəyməz”,- deyə “Karvan” jurnalının şef-redaktoru İsmayıl Əhmədov ANS PRESS-ə bildirib.

İsmayıl Əhmədov – “Karvan” jurnalının şef-redaktoru

Əslində, Sərdar Cəlaloğlu bu cür ziddiyyətli açıqlamaları ilə tez-tez gündəmə gəlir. Məsələn, heç bir yerdə işləməyən paritya lideri bir neçə il əvvəl ANS PRESS-ə verdiyi müsahibəsində ADP-nin qəribə maliyyələşdirmə sxemindən bəhs etmişdi: “Övladlarım qərbdə təhsil alırlar. Onlar dərsdən sonra restoranda qabyuyan işləyirlər. Aldıqları pulla həm təhsil haqqını ödəyirlər, həm özləri dolanırlar, həm də ADP-ni maliyyələşdirirlər”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bu cür ziddiyətli davranışın bütün Azərbaycan müxalifətinə aid olduğunu bildirir. Politoloq fikrini əsaslandırmaq üçün müxalifətin 2015-ci il parlament seçkilərini boykot etməsini göstərib.

“Seçkiləri udub-udmayacağından asılı olmayaraq, müxalifət parlament seçkilərinə getməli idi. Bu, əhalinin siyasi fəallığının artırılmasına yardım edər. Müxalifət kütlələrin içərisinə daxil olub onların istək …read more

From:: ANS