Abramoviçin arvadı Di Kaprio ilə qucaq-qucağa (FOTO)

Rusiyalı oliqarx, milyarder, İngiltərənin “Çelsi” futbol klubunun prezidenti Roman Abramoviçin uşaqlarının anası Darya Jukovanın tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio ilə oteldən çıxarkən şəkilləri çəkilib.

ANS PRESS-in məlumatına görə, 33 yaşlı Darya Jukovanın Di Kaprio ilə şəkilləri Nyu-Yorkdakı otellərdən birindən çıxarkən çəkilib. Xarici mətbuat Daryanı tanımayıb və onu “gözəl brünet” kimi təsvir edib.

Qeyd edək ki, hələ keçən ay Abramoviçlə Darya Jukovanın ayrılması haqqında şayiələr yayılmışdı. Di Kaprio da öz növbəsində bir neçə həftə əvvəl model Toni Qarrndan ayrılmışdı.

…read more

From:: ANS