Prezident və xanımı möhtəşəm gəmidə (VİDEO, FOTO)

Dekabrın 18-də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.

Gəminin istismara verilməsini bildirən rəmzi lenti Tamara Sinyavskaya kəsib.

Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirilib.

Daha sonra xatirə şəkli çəkdirilib.

Fotoları sizə təqdim edirik.

…read more

From:: ANS