Xalq artisti: “Həkimlər başıma fırlanır” (FOTO)

“Yaxşı deyiləm. Səhhətimdə problemlərim var. Şəkərim 570-ə qalxıb, əsəblərim pozulub. Əsəblərimi bərpa edirlər, şəkərimi müalicə edirlər. Çox böyük stress keçirmişəm”. Bunu bir neçə gün öncə səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti İlhamə Quliyevan ANS PRESS-ə açıqlamasında deyib.

Xalq artisti həkimlərin onun başına fırlandığını, qayğısına yüksək səviyyədə qalındığını deyib. “Baş həkim Leyla xanım sağolsun”.

Sənətkar xəstəxanaya düşməsinə səbəb olan stresin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyətə düşməsinə səbəb bir zamanlar evində çalışan Mehriban Hüseynova olub.
“Qulluqçum (Mehriban Hüseynova-red) başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub”.

Sənətkar səhhətində yaranan ciddi problemlərə görə həkimə müraciət edəcəyini bir neçə gün öncə açıqlamışdı. ANS PRESS-ə açıqlama verən İ.Quliyeva dizimə qədər çiban yaraları çıxdığını demişdi. “Görünür, bir vaxtlar mənim köməkçimin mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Probelemlər indi üzə çıxmağa başlayıb”.

Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olub. Bu əməliyyatdan sonra damarlarımda problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanamalı olub.

Aygün Kazımova və İlhamə Quliyeva ürək əməliyyatından sonra

İfaçı köməkçisi Mehriban Hüseynovanı dələduzluqda da ittiham etmişdi: “O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır.”

Mehriban Hüseynova

Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək, hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də etmişdi. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İlhamə Quliyeva – Azərbaycanın və Dağıstanın xalq artistidir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə …read more

From:: ANS