Lənkərandakı qəzada sürücü dünyasını dəyişdi

Lənkəranda Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun Şiləvar kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası olub.

ANS PRESS-in məlumatına görə, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 25 yaşlı Ravid Qurbanovun idarə etdiyi “Daewoo” markalı minik avtomobili Lənkəran şəhər sakini, 22 yaşlı Şahin Liftizadənin idarə etdiyi “Ford” markalı yük maşını ilə toqquşub.Güclü zərbə nəticəsində “Daewoo” markalı minik avtomobili deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobil

Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri xüsusi alətlər vasitəsi ilə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü və onun yanındakı sərnişini, rayonun Yuxarı Nüvədi kənd sakini, 24 yaşlı Valeh Əhmədzadəni çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına göndəriblər. Xəstəxanada müxtəlif dərəcəli bədən xəsarətləri almış hər iki yaralıya lazımi yardım göstərilsə də təxminən yarım saatdan sonra sürücü Ravid Qurbanov dünyasını dəyişib.Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş Valeh Əhmədzadənin də vəziyyəti ağır kimi qiymətləndirilir.

Valeh Əhmədzadə – yaralı

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Qəzada yararsız hala düşmüş yük maşını …read more

From:: ANS