Knyazlar Bakıda (FOTO)

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Monako” artıq Bakıdadır.

ANS PRESS-in məlumatına görə, gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enən Fransa təmsilçiləri daha sonra onlar üçün ayırılmış otelə yollanıblar.

Knyazlıq təmsilçisinin baş məşqçisi Leonardo Jardim ölkəmizə 20 futbolçu gətirib.

“Monako”klubu Bakıda

Qapıçılar: Daniel Subaşiç, Pol Nardi, Loik Badyasil;
Müdafiəçilər: Rikardo Karvalyo, Elderson, Fabinyo, Kevin Ndoram, Andrea Racci, Almami Ture, Uollas;
Yarımmüdafiəçilər: Yoan Andzuana, İvan Kavalyero, Bernardo Silva, Jonatan Meksik, Joao Moutinyo, Mario Paşaliç, Jeremi Tulalan;
Hücumçular: Qvido Karrilyo, Stefan Əl-Şaaravi, Lasina Traorer.

Rikardo Karvalyo və Mario Paşaliç

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Monako” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı da məlum olub.

Ağdam klubunun baş məqçisi Qurban Qurbanov və bir futbolçu 16:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.

“Monako”nun baş məşqçisi isə Leonardo Jardim isə jurnalistlər önünə 17:15-də çıxacaq.

“Qarabağ”:

Mətbuat konfransı – 16:30 (T. Bəhramov adına Respublika stadionu)

Məşq – 18:45 – (`Qarabağ` FK-nın bazası, Suraxanı qəsəbəsi)

“Monako”:

Mətbuat konfransı – 17:15 (T. Bəhramov adına Respublika stadionu)

Məşq – 18:00 (T. Bəhramov adına Respublika stadionu)

Avropa liqası – J qrupu

“Qarabağ” — “Monako” matçı noyabrın 5-də saat 20:00-da Bakıda keçiriləcək. 22 oktyabrda keçirilən matçda gərgin mübarizə şəraitində keçən görüşdə “Qarabağ” “Monako”ya 0:1 hesabı ilə məğlub olub. …read more

From:: ANS