Robotların döyüşü keçirildi (VİDEO)

İlk dəfəMoskvada keçirilən döyüşdə rus və avropalı robotlar öz güclərini sınayıb.

ANS TV-nin məlumatına görə, çəkiləri 100 kq-dan çox olan nəhəng robotlar ilk öncə soyuducu və paltaryuyan maşın kimi böyük məişət əşyalarını sındırmaqla məharətlərini sərgilədilər. Daha sonra rus və avropalı robotlar öz aralarında ən güclünü müəyyən etmək üçün savaşdılar. Beş dəqiqəlik seanslarla davam edən savaşlarda rəqibi sıradan çıxarmaq və bununla birlikdə öz qabiliyyətini qorumağa çalışan robotların amansız döyüşü tamaşaçılara unudulmaz anlar yaşatdı. Gərgin keçən döyüşlər ingilis alimlərinin hazırladığı robotların qələbəsi ilə başa çatdı.

Təşkilatçı İqor Nikitin bidlrib ki, bronebot- rusiyalı robot icadçılarını birləşdirən yeni bir hərəkatdır:

“Biz onlara daha güclü robotlar hazırlamaları üçün hər cür dəstək verəcəyik. Çünkü bugün gördünüz ki, yerli robotlar hələki bir az zəifdirlər. Ümid edirəm ki elə bu qış layiqli bir Rusiya çempionunu müəyyənləşdirib, Amerika və ya İngiltərədə keçiriləcək növbəti döyüşə göndərəcəyik”.

İlk robot döyüşü 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında keçirilib. O vaxtdan bəri Avropa və Amerikada məşhurlaşan bu döyüş növünün daha humanitar olması səbəbindən gələcəkdə insanlar arasındakı boks kimi idman növlərini də əvəz edə biləcəyi deyilir.

…read more

From:: ANS