Azərbaycanın Ermənistana xəbərdarlıq edə bilməməsinin səbəbi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının üçüncü ongünlüyü üçün aparılan monitorinqın nəticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Mətanət Avazovanın ANS PRESS-ə verdiyi məlumata görə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Nazirlik nümayəndəsi ümumilikdə çirklənmənin əvvəlki aparılan monitorinqlərə nisbətən daha az olduğunu vurğulayıb:

“Əgər əvvəllər Ermənistan və Gürcüstan tərəfindən Kür-Araz çaylarına həm sənaye, həm məişət tullantıları atılırdısa, indi çaylar yalnız məişət tullantıları ilə çirklənir. Amma təbii ki, biz bu suları əhaliyə çirkli halda vermirik. Düzdür, nazirlik olaraq, biz çayda heç bir qurğu yerləşdirə bilmirik. Amma çayın kənarında olan kəndlərdə sudan istifadə edən kəndlilər üçün modul tipli təmizləyici qurğular yerləşdirmişik ki, 800-1000 nəfərdən ibarət olan əhalinin əli təmiz içməyi suya çatır”, – deyə qurum rəsmisi bildirdi.

Mətanət Avazova – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi

Gürcüstan və Ermənistanın tranzit çaylarını çirkləndirilməsi haqqında həmin ölkələrə xəbərdarlığın olunub olunmaması ilə bağlı Mətanət Avazova dedi ki, Azərbaycan 2000-ci ildə “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Helsinki Konvensiyasına qoşulub. Lakin qonşularımız, təəssüf ki, hələ də bu konvensiyaya qoşulmayıb və bu da imkan vermir ki, biz onlara qarşı beynəlxalq müstəvidə xəbərdarlıq edək.

“Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə Gürcüstan ilə yeni bir sənəd imzalayacaq. Artıq sənədlər texniki və hüquqi tərəfdən tam hazır vəziyyətdədir, qalıb yalnız onu imzalamaq. Hal-hazırda Gürcüstanda hökümətdə baş verən qarşıdurmalara görə, sənədin imzalanması gecikir, lakin tezliklə bunun qəbul olunması gözlənilir”, – deyə Mətanət Avazova əlavə etdi.

Xanımın sözlərinə əsasən, sənəddə su ehtiyatlarının düzgün, səmərəli istifadə edilməsi və idarə olunması, bununla bağlı, çirklənmənin qarşısının alınması maddələri də öz əksini tapıb.

Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına …read more

From:: ANS